Qidalanma
Yeni il salatlarını neçə gün saxlamaq olar?
Qidalanma
278

Yeni il salatlarını neçə gün saxlamaq olar?

Yeni il süfrəsinin əsas salatları olan Olivye, Şuba, paytaxt salatlarının bayramdan sonrakı günlərdə də yeyilməsi sirr deyil.

E-saglam.az xəbər verir ki, diyetoloqlar bu salatların hazırlandıqdan sonrakı 12 saat ərzində yeyilib bitməsinin vacibliyini açıqlayıblar.

Tərkibi qarışıq inqridiyentli və mayonezli salatlar bir sutka saxlanıla bilməz. Çünki hər bir ərzağın özünün saxlanma və xarab olma müddəti var. Bu yeməklərdə bakteriya və mikroorqanizmlər sürətlə çoxalır. Xüsusən mayonezdə mikroblar daha çox olur.

Elə ki, salata mayonez qatıb duzladınız, orda rütubət, nəmişlik olur, bu mühit isə bakteriyalar üçün əlverişlidir. Hər keçən saat bakteriyaların xeyrinədir. Soyuducuda saxlanmayan salatın isə ömrü daha az olur.

Ona görə bütün mayonezli bayram salatları hazırlandıqdan sonrakı 4-5 saatda yeyilməlidir. Maksimum saxlanma müddəti 12 saatdır, yalnız soyuducuda.

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun