Xəstəliklər
Yeni COVID ştammına yoluxmanın əsas əlamətləri açıqlandı
Xəstəliklər
181

Yeni COVID ştammına yoluxmanın əsas əlamətləri açıqlandı

Koronavirusun yeni “omikron” ştammına yoluxmanın əsas əlamətləri açıqlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə COVID-in B.1.1.529 variantına dair dünya ictimaiyyətini ilk məlumatlandıran cənubi afrikalı həkim, Cənubi Afrika Tibb Assosiasiyasının sədri Anjelik Kutze danışıb.

Onun sözlərinə görə, koronavirusun “omikron” ştammı ilə yoluxmanın ilk və əsas əlamətləri kəskin yorğunluq və baş ağrılarıdır. Qızdırma və ya boğaz ağrısı isə nadir hallarda müşahidə olunur.

“Omikron” ştammına yoluxanların xəstəxanada müalicəsinə və oksigen balonuna ehtiyacları yoxdur. Bu xəstələr 2-3 günə sağalırlar”, - deyə həkim bildirib./oxu.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun