Faydalı
Yay gecəsində yataq otağınızda kondisionersiz sərinlətməyin
Faydalı
200

Yay gecəsində yataq otağınızda kondisionersiz sərinlətməyin 3 üsulu

Hər kəsin evində kondisioner yoxdur, ancaq yay gecəsində yataq otağınızı kondisionersiz sərinləyə bilərsiniz.

E-saglam.az xəbər verir ki, "El Español"a müsahibə verən həkim Jose Manuel Feliçes otaqdakı temperaturu azaltmaq üçün üç üsul açıqladı.

Feliçes corabları əvvəlcədən qısa müddətə dondurucuya qoymağı məsləhət görüb. Sonra, yatmazdan əvvəl, onları taxmaq lazımdır. Nəticədə, həkimə görə, insan soyuducu təsir hiss edəcək.

Mütəxəssis həmçinin, kondisioner yoxdursa, yatmazdan əvvəl yataq dəstinə tamamilə islanana qədər su çiləməyinizi tövsiyə edir. Bundan əlavə, Feliçes biləklərinizi 30 saniyə sərin suya batırmağa çağırdı - bu da sərinləməyə kömək edəcək. "Düzdür, təsir qısamüddətli olacaq, lakin bu müddət rahat yuxu üçün kifayət olmalıdır", - deyə ekspert yekunlaşdırıb.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun