Qidalanma
Yaxşı bişməmiş kababdan parazitlər keçir - TƏHLÜKƏ
Qidalanma
267

Yaxşı bişməmiş kababdan parazitlər keçir - TƏHLÜKƏ

Yayda hər kəs açıq havada, dəniz kənarında tezbazar kabab bişirib yeyir.

Amma toksikoloqlar bildirir ki, məhz kababla bədənə bir sıra qurdlar, parazitlər keçə bilər.

E-saglam.az  xəbər verir ki, akademik Mixail Kutuşov kababda 70 növ parazitin ola biləciyini deyib.

Kabab üçün ən təhlükəli ət donuz, qaban ətidir. Bu ətdə trixinella, helmintlər, donuz qurdu və s. var.

Ən təhlükəsizi toyuq və quzu ətidir. Amma onların da özünün bakteriya və paraziti olur.

"Helmintlər - qansovuran parazitlərdir. Parazitlər bədəndə güclü intoksikasiya və qanaxma verə bilər.

Bu helmintin hansı orqana düşməsindən çox asılıdı: bağırsaq, qaraciyər, yoxsa beyin. Helmintoz xəstəliyi özünü tez göstərmir. Əsa simsptomalrı: başgicəllənmə, ürəkbulanma, yeməkdən imtina, zəiflik, hərarət, sanki zəhərlənmə hissi kimi hiss.

Çalışın əti yolkənarından, bilmədiyiniz yerlərdən almayın. Veterinar sənədi olmayan əti almayın.

Kabab üçün alınmış əti yaxşı olar ki, bir dəfə buzluqda dondurasız. Sonra ondan basdırma edəsiz.

Keyfiyyətli ətdə qan, ağ bərkimiş yerlər, kəskin qoxu olmamalıdır.

Sirkəli basdırma ətdə olan bəzi parazitləri öldürə bilir.

Buzluqdan çıxarılan ətin bir dəfə buzunu açıb, basdırma edib, 1-2 saat ərzində kabab etmək lazımdır. Soyuducudan çıxan basdırma uzun müddət maşında yol getməməlidir.

Kabab 60 dərəcə temperaturdan aşağı odda hazırlanmamalıdır.

Əti yaxşı bişirməsəz, hansısa hissəsi yarıçiy qalsa helmintlərin yoluxma ehtimalı artır. Ona görə kabab düşündüyünüz qədər də asan deyil"./ Bakupost.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun