Yatmazdan əvvəl ayaqlarınızı bir-birinə sürtmək sakitləşdirici davranışın əlamətidir.
E-saglam.az xəbər verir ki, yuxu mütəxəssisi Marianne Taylor "Metro" ilə müsahibədə bu vərdişin səbəblərini izah edib.
Taylorun fikrincə, ayaqların bu cür tərpənməsi sinir sistemini sakitləşdirə bilər.
"Zərif, təkrarlanan hərəkətlər, xüsusən də istirahət zamanı beyinə təhlükəsizlik siqnalı verə bilər. Onlar parasempatik sinir sistemini aktivləşdirir və bu, bədənin yuxuya getməsi üçün kifayət qədər rahatlamağa kömək edir", - dedi.
Daha yaxşı yuxuya getməyinizə kömək etmək üçün Taylor gün ərzində qısa fasilələr etməyi və yavaşlamağı məsləhət gördü.
"Beyninizə məlumatı emal etmək və istirahət etmək şansı vermək üçün gün ərzində mikro sıfırlamalar yaratmaq son dərəcə faydalı ola bilər", - dedi yuxu mütəxəssisi.
Tərcümə: Könül Oruc