Sağlamlıq
Yaş saçla günəşə çıxmaq təhlükəli ola bilər –
Sağlamlıq
96

Yaş saçla günəşə çıxmaq təhlükəli ola bilər – Həkimdən xəbərdarlıq

Yaş saçlarla günəş vannası qəbul etmək düşündüyünüzdən daha təhlükəli ola bilər.

E-saglam.az xəbər verir ki, kardioloq Sergey Veçtomov bildirib ki, saçdakı su damcıları günəş şüalarını fokuslayaraq linza effekti yaradır və baş dərisinin zədələnməsi riskini artırır.

Həkimin sözlərinə görə, xüsusilə saç ayrılan nahiyə daha həssas olduğundan burada günəş şüalarının təsiri ilə mikrozədələr, dərinin quruması və qıcıqlanma yarana bilər. Bundan əlavə, yaş saçlar daha tez qızır və "istixana effekti" yaradaraq bədənin istiliyi xaric etməsini çətinləşdirir. Bu isə həddindən artıq isinmə və hətta günvurma riskini artırır.

Mütəxəssis qeyd edir ki, uşaqlar, yaşlı insanlar və ürək-damar xəstəliklərindən əziyyət çəkən şəxslər bu baxımdan daha yüksək risk qrupuna daxildir.

Sergey Veçtomov vurğulayıb ki, ultrabənövşəyi (UV) şüalar saçın əsas zülalı olan keratini zədələyir. Nəticədə saçlar quruyur, kövrəkləşir və parlaqlığını itirir. Saç dəniz suyunda və ya hovuzda islanıbsa, duz və xlorun təsiri bu zədələnməni daha da gücləndirə bilər.

Mütəxəssis günəşin mənfi təsirlərindən qorunmaq üçün günəşə çıxmazdan əvvəl saçların qurudulmasını, saat 11:00–16:00 aralığında baş örtüyündən istifadə edilməsini, UV qoruyucu saç spreylərinin tətbiqini və üzgüçülükdən sonra bir müddət kölgədə qalmağı tövsiyə edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun