Faydalı
Yaponların sağlam həyatının sirri:
Faydalı

Yaponların sağlam həyatının sirri: 7 QIZIL QAYDA

Yaponların sağlam həyat tərzi onların mədəniyyətindəki balanslaşdırılmış vərdişlərdən qaynaqlanır.

E-saglam.az xəbər verir ki, yaponlar yavaş yeməyə üstünlük verirlər, hər loxmadan ləzzət alaraq həzmə kömək edir və artıq yeməyin qarşısını alırlar. Kiçik porsiyalarla müxtəlif yeməklərdən həzz almaq balanslı qidalanma yaradır. Onlar gündəlik fiziki fəaliyyətə, xüsusən də gəzintiyə üstünlük verirlər, bu isə sağlamlığı dəstəkləyir.

"Hara Hachi Bu" prinsipi ilə 80% doyana qədər yemək, həddindən artıq kalori qəbulunun qarşısını alır. Yaponların şəkərdən az istifadə etməsi və yaşıl çayı seçməsi sağlam qidalanma vərdişlərinə əlavə dəstəkdir. Yaşıl çay antioksidantlarla zəngin olmaqla bərabər, maddələr mübadiləsini sürətləndirir və yağ yandırmağa kömək edir.

Mövsümi qidalanma da onların vərdişlərinin bir hissəsidir. Bu, təzə və qidalandırıcı qidaların qəbulunu təmin edir. Yaponlar yeməkləri ailə və dostlarla paylaşaraq sosial yemək mədəniyyətinə önəm verirlər, bu da insanları daha yavaş və diqqətli yeməyə təşviq edir. Bu sadə, lakin təsirli vərdişlər sağlam və balanslı bir həyat tərzini formalaşdırır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun