Psixologiya
Yaponiyada iş stressi ilə bağlı
Psixologiya

Yaponiyada iş stressi ilə bağlı intihar halları artıb

E-saglam.az xəbər verir ki, Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatına əsasən, il ərzində bu səbəbdən rəsmi diaqnoz qoyulan insanların sayı 883 nəfərə çatıb. Bu, statistik məlumatların toplanmasından bəri ən yüksək göstəricidir.

Xüsusilə, bu insanlar arasında rəhbər vəzifə tutanların sayı 52-yə yüksəlib ki, bu da ötən ildən 15 nəfər çoxdur. İş yerlərində stress səbəbilə 15 nəfər intihar edib, bu isə əvvəlki illə müqayisədə 4 nəfər artım deməkdir.

Mütəxəssislər bildirirlər ki, xüsusən orta səviyyəli menecerlər ikiqat təzyiq altındadır. Onlardan həm məhsuldarlığı artırmaları, həm də tabeliyində olan işçilərin iş saatlarını azaltmaq və iş mühitində islahatlar aparmaq tələb olunur. Bu balanssız gözləntilər stressin artmasına və mənfi təsirlərə səbəb olur.

Yaponiyada iş mühitinin sağlamlaşdırılması üzrə islahatların zəruriliyi ilə bağlı çağırışlar getdikcə daha da güclənir.

© Trend.az

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun