Faydalı
Yanıq zamanı çox adam bu səhvi edir:
Faydalı

Yanıq zamanı çox adam bu səhvi edir: Qalıcı yaralara səbəb ola bilər

Yanıq və Travma Dərnəyinin sədri Prof. Dr. Emrah Şenel xəbərdarlıq edib ki, diş məcunu, zeytun yağı kimi steril olmayan məhsullar yanıq yerinə tətbiq olunmamalıdır, çünki bu, infeksiyaya və qalıcı çapıqlara səbəb ola bilər.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, dünyada yanıqdan ölənlərin sayı heç də az deyil. Yanıqlar ölümlə nəticələnə bilən travmalardır. Əgər yanıq çox ciddidirsə, ilk müdaxiləni və müalicəni düzgün etmək çox əhəmiyyətlidir.

Şenel bildirib ki, yanan nahiyəni 15-20 dəqiqə soyuq su altında saxlayıb, təmiz parça ilə örtərək xəstəxanaya aparmaq tövsiyə olunur:

"Yanıq hadisələrində xüsusilə uşaqlarda ölüm və çapıq riski yüksəkdir və bu, ömür boyu fiziki və psixoloji təsir yarada bilər.

Hər il təxminən 400 min insan yanıq səbəbiylə xəstəxanalara müraciət edir. Bunların 200 mini uşaq, 200 mini böyükdür. Ən çox gördüyümüz yanıqlar qaynar su səbəbiylə yanıqlardır. Ev qəzaları, ardından elektrik yanıqları ilə bağlı bəzi yanıq hadisələri daha çoxdur".

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun