Yanınızda biri yemək yeyərkən çıxan səslərdən narahat olursunuzsa, bu, mizofoniya ola bilər.
E-saglam.az xəbər verir ki, mizofoniya, müəyyən səslərə qarşı güclü qəzəb, narahatlıq və ya narahatlıq hissi yaradan nadir bir duyğusal həssaslıqdır. Bu səslər adətən başqaları üçün narahat edici olmayan, lakin mizofoniyası olan insanlar üçün dözülməz ola biləcək gündəlik səslərdir. Məsələn, çiynəmə, nəfəs alma və ya saatın tik-takı kimi səslər bu vəziyyəti tətikləyə bilər.
Mizofoniya, çox vaxt yeniyetməlik dövründə başlayır və zamanla daha da pisləşə bilər. Bu problem, insanların sosial həyatını və gündəlik fəaliyyətlərini mənfi təsir edə bilər, məsələn, sosial əlaqələrdən qaçmaq, işdə konsantrasiya çətinliyi və ailə içində gərginliklərə səbəb ola bilər. Bəzi hallarda, fiziki reaksiya olaraq ürək döyüntüləri, tərləmə və ya nəfəs almaqda çətinliklər yaşanır.
Bu vəziyyətin müalicəsi üçün müxtəlif üsullar mövcuddur. Kognitiv davranış terapiyası, səs terapiyası və stres idarəetmə kimi yanaşmalar, mizofoniyanın təsirlərini azalda bilər. Erken müdaxilə və peşəkar dəstək, bu vəziyyətin idarə olunmasında çox önəmlidir. Mizofoniya yaşayan insanlar üçün ailə və cəmiyyətin dəstəyi və anlayışı vacibdir.
Tərcümə: Könül Oruc