Yandex watch
Xurmanın bu 6 faydasını çox az adam bilir:

Xurma yüksək lif və antioksidan tərkibli qidalandırıcı bir meyvədir. Hər gün iki xurma istehlak etmək bağırsaq hərəkətlərini yaxşılaşdıra, xəstəlik riskini azalda, diabetin idarə olunmasına dəstək verə və sümük sağlamlığını yaxşılaşdıra bilər. Xurma zəngin fitohormon tərkibinə görə gənc dəriyə sahib olmaq üçün də faydalıdır.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, xurma tərkibində yüksək lif və antioksidantlar olan qidalandırıcı bir meyvədir. Gündəlik istehlakı bir çox fayda təqdim edir:

1. Bağırsaq hərəkətlərini dəstəkləyir

Xurma liflə zəngindir, həzmi yaxşılaşdırır və qəbizliyi azaldır. Həftələr ərzində gündə iki xurma yemək bağırsaq hərəkətlərini tənzimləyir.

2. Antioksidantlarla zəngindir

Xurmada flavonoidlər, karotenoidlər və fenolik turşular kimi antioksidantlar mövcuddur. Bunlar iltihabı azaldır, ürək sağlamlığını dəstəkləyir və xərçəng riskini azaldır.

3. Xroniki xəstəliklərə qarşı qoruyur

Antioksidantlar sərbəst radikalları neytrallaşdırır, hüceyrə zədələnməsini və xroniki xəstəlik riskini azaldır.

4. Şəkərli diabetə nəzarət edir

Xurma aşağı glisemik indeksə malikdir. Araşdırmalar göstərir ki, şəkərli diabet xəstələri xurmanı təhlükəsiz istehlak edə bilər.

5. Sümük sağlamlığını yaxşılaşdırır

Xurma kalsium, fosfor və maqnezium kimi minerallarla zəngindir. Bu, sümük sıxlığını artırmağa kömək edir.

6. Dərini gəncləşdirir

Fitohormon tərkibi dərini qoruyur və cavan saxlayır.

Hər gün 2 xurma yeməklə sağlamlığınızı dəstəkləyin və bədəninizdə müsbət dəyişikliklər hiss edin.

Tərcümə: Könül Oruc

E-saglam.az