Faydalı
Xurmada təhlükə:
Faydalı

Xurmada təhlükə: Parlaq və yapışqandırsa qəti almayın

Ramazan ayında süfrələrin əvəzolunmaz meyvəsi olan xurmaya tələbat artır. Lakin bəzi hallarda şəkər miqdarı aşağı olan xurmalar dadlandırmaq üçün qlükoza şərbətinə batırılır ki, bu da sağlamlıq üçün təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, Yenisabah.az bu məsələni araşdırıb.

Diyetoloqlar qlükoza şərbətinə batırılan xurmalarda parlaq görünüş və yapışqanlıq müşahidə olunduğunu bildirir. Xurmanın mat rəngdə olması, yapışqan olmaması və parçalandıqda lif-lif ayrılmasının daha təhlükəsiz olduğunu qeyd edilir. Ekspertlər qablaşdırılmış xurmaların daha etibarlı olduğunu və açıqda satılan məhsulların etibarlı yerlərdən alınmasını tövsiyə edir.

Həkimlər isə qlükoza şərbətinin yüksək kalori və karbohidrat tərkibinə malik olduğunu, bunun da ani insulin yüksəlişlərinə səbəb olduğunu vurğulayır. Bu vəziyyət uzun müddətdə insulin müqavimətinə, piylənməyə və qaraciyər yağlanmasına yol aça bilər. Eyni zamanda, qlükoza şərbətinin hipertoniya və ürək-damar xəstəliklərinə təkan və dolaylı olaraq kanserojenik təsir göstərə biləcəyini qeyd edilir.

Tövsiyələr:

Xurma seçimi: Mat rəngli, yapışqan olmayan və lif-lif ayrılan xurmaları seçin.

Qablaşdırma: Qablaşdırılmış məhsullara üstünlük verin və etibarlı yerlərdən alış-veriş edin.

Etiket oxuma: Məhsulun tərkibini diqqətlə oxuyun və qlükoza şərbəti kimi əlavə maddələrdən qaçının.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun