Psixologiya
Xroniki yuxu çatışmazlığı insanın şəxsiyyətini dəyişə bilər?
Psixologiya

Xroniki yuxu çatışmazlığı insanın şəxsiyyətini dəyişə bilər?

“Xroniki yuxu çatışmazlığı insanları daha əsəbi və səbirsiz edir”.

E-saglam.az xəbər verir ki, bunu yuxu mütəxəssisi Sofi Bostok “Metro” nəşrinə deyib.

Bostok qeyd edib ki, 2000 nəfərin iştirakı ilə aparılan araşdırmada iştirak edənlərin yarıdan çoxunun (51%) yorğunluq səbəbiylə özünü daha qəmgin və əsəbi hiss etdiyini, 42% daha az səbirli olduğunu, 7% isə hirsli olduğunu bildirib:

“Yuxumuz və davranışımız bir-biri ilə sıx bağlıdır. Yuxu çatışmazlığı beynin emosional idarəetmə mərkəzlərini dəyişdirərək, bizi stressə daha həssas edir və özümüzə nəzarət etmək qabiliyyətini azaldır”.

O əlavə etdi ki, xroniki yuxu çatışmazlığı insanın şəxsiyyətini və davranışını sözün əsl mənasında dəyişə bilər. Bu vəziyyətdə insanlar xırda şeylərə görə ağlaya və ya özünü itirə bilər.(yeniavaz.com)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun