Yandex watch
Xoşbəxtliyin formulu tapıldı –

Xoşbəxtlik insan həyatının həm fiziki, həm də psixoloji baxımdan ayrılmaz hissəsidir. Mütəxəssislərin fikrincə, xoşbəxtlik təkcə hiss deyil, həm də məqsədli və balanslı həyatın göstəricisidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, klinik psixoloq Kərimə Begüm Özkaya bildirib ki, xoşbəxtlik keçmişin mənfi təsirlərindən azad olmaq və həyat məqsədi tapmaqla əldə edilə bilər.

Xoşbəxtlik hormonları – dopamin, serotonin, endorfin və oksitosin – insanın ruh halını tənzimləyir, həyat keyfiyyətini artırır. Bu hormonların çatışmazlığı isə depressiya, narahatlıq, yuxu və qidalanma pozuntuları, hətta xroniki ağrılar kimi problemlərlə nəticələnə bilər. Özkaya vurğulayır ki, xoşbəxt insanlar ümumiyyətlə həyatlarında məqsədli şəkildə hərəkət edirlər və müsbət düşüncə tərzi onların psixoloji sabitliyini qoruyur.

Xoşbəxtlik çatılacaq bir nöqtə deyil, davam edən bir səyahətdir,” – deyən psixoloq əlavə edir ki, insan özünü yaxşı hiss etdikcə, həm şəxsi münasibətlərində, həm də iş həyatında uğur əldə edə bilər. Bu isə birbaşa xoşbəxtlik hormonlarının fəaliyyətinə bağlıdır.

Özkaya, xoşbəxtlik hormonlarını artırmaq üçün gündəlik piyada gəzməyi, idman etməyi, musiqi dinləməyi, kitab oxumağı və sevdiklərimizlə keyfiyyətli vaxt keçirməyi tövsiyə edir. Onun sözlərinə görə, insan özünə zaman ayırmalı, özünü sevməli və həyatına müsbət yanaşmalıdır. Keçmişdəki mənfi təcrübələri arxada buraxmaq və gələcəyə ümidlə baxmaq isə psixoloji rahatlıq üçün əsas şərtlərdəndir.

Nəticə olaraq, xoşbəxtlik sadəcə bir duyğu deyil, onu yaşamaq üçün seçilən yoldur. Həyata müsbət yanaşmaq, sağlam münasibətlər qurmaq və daxili tarazlıq yaratmaq bu yolun ən vacib dayaq nöqtələridir.

Tərcümə: Könül Oruc

E-saglam.az