
Endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova xolesterinin səviyyəsini ən güclü şəkildə artıran qəhvə növünü adlandırıb.

E-saglam.az xəbər verir ki, o, bu barədə öz Telegram kanalında danışıb.
Pavlova bildirib ki, qəhvə maşınında və ocaqda dəmlənən qəhvə növləri ürək-damar sisteminin sağlamlığı üçün ən zərərli hesab olunur. Məhz onların tərkibində diterpenlərin kafestol və kahveolun ən yüksək konsentrasiyası aşkar edilmişdir - "pis" xolesterinin səviyyəsini artıran maddələr.
Həkim aydınlaşdırıb ki, bu maddələrin konsentrasiyası qəhvə maşınının növündən və filtrlərin nə qədər əvvəl təmizləndiyindən asılı olaraq dəyişir. "Qəribədir ki, müntəzəm olaraq təmizlənən qəhvə maşınları ən pis nəticələri göstərdi, çünki zərərli maddələrlə doymuş su yolunda daha az maneə ilə qarşılaşdı", - dedi.
Tərcümə: Könül Oruc