Yandex watch
Xəstəliklər başlamazdan əvvəl aşkarlanacaq –

Türkiyə Maqnit Rezonans Dərnəyinin İdarə Heyətinin sədri Prof. Dr. Mecit Kantarcı bildirib ki, MRT (maqnit rezonans tomoqrafiyası) texnologiyası son illərdə böyük inkişaf yolu keçərək, səhiyyədə inqilabi dönüşüm mərhələsinə qədəm qoyub.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Kantarcının sözlərinə görə, MRT artıq yalnız mövcud xəstəliklərin diaqnostikası üçün deyil, həm də xəstəlik yaranmazdan əvvəl risklərin təyin edilməsi məqsədilə istifadə olunur. Süni intellektlə təchiz edilmiş MRT sistemləri vasitəsilə görüntülərdəki ən kiçik və qeyri-müəyyən anormallıqlar belə aşkarlana bilir. Bu texnologiya xüsusilə xərçəng kimi ağır xəstəliklərin erkən mərhələdə müəyyən edilməsində yeni imkanlar açır.

Yüksək ayırdetmə qabiliyyətinə malik 3D görüntüləmə, müasir MRT cihazları və süni intellekt alqoritmlərinin birgə tətbiqi nəticəsində orqan və toxumaların daha detallı təsviri əldə olunur.

Prof. Dr. Kantarcı qeyd edir ki, süni intellekt MRT məlumatlarını analiz edərək, xəstəlik hələ başlamamışdan əvvəl risk daşıyan toxumaları təyin edə bilir. Məsələn, “bu bölgədə 2 il ərzində şiş inkişaf riski var” kimi erkən xəbərdarlıqlar verilməsi artıq mümkündür. Anafizial və təsbitetmə funksiyaları sayəsində fərdi risk profilləri hazırlanır, nəticədə Alzheimer və Parkinson kimi nevrodegenerativ xəstəliklər hələ ilkin mərhələdə ikən aşkarlana bilir.

Bu texnologiya həmçinin səssiz infarktlar, gizli ürək çatışmazlığı və döş xərçəngi kimi halların erkən mərhələdə aşkarlanmasını asanlaşdırır. Döş xərçəngi ilə bağlı skrininqlərdə erkən diaqnostikanın 30%-ə qədər artırılması potensialı artıq sübut olunub. Süni intellektlə işləyən MRT sistemləri eyni zamanda körpələrdə beyin inkişafındakı anormallıqları da aşkar edə bilir.

Yeni nəsil MRT texnologiyaları nadir genetik xəstəliklərin risklərini qiymətləndirməyə imkan verir. Məsələn, ağciyər MRT görüntüləri hələ şiş meydana gəlməmişdən belə gələcəkdə xərçəng riski barədə məlumat verir. Eyni zamanda, skan müddətləri daha da qısalır, cihazlar portativ və daha əlçatan olur, ağıllı analiz sistemləri isə hər skandan sonra görüntüləri avtomatik şəkildə qiymətləndirir.

“Bu yeniliklər sayəsində diaqnozlar daha erkən və dəqiq qoyulacaq, müalicə isə daha doğru şəkildə planlaşdırılacaq,” – deyə Prof. Dr. Kantarcı vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az