Yandex watch
Xəstəlikdən yatağa düşmədən qurtulmanın sirri:

Soyuq qış aylarında bitki çaylarının istehlakı artır. Əskişəhərli bitki həkimi Koray Özkılıç qış çaylarının yalnız xəstəliklər zamanı deyil, ilin bütün dövrlərində istehlak edilməsinin faydalı olduğunu vurğulayıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Koray Özkılıç, Türkiyədə zəncəfil, zərdəçal, darçın, cökə, itburnu və kəklikotu kimi məhsullardan hazırlanan bitki çaylarının sağlamlıq üçün çoxlu faydaları olduğunu bildirib.

Bu çaylar:

- öskürək, bronxit və astma kimi problemlərə qarşı qoruyucu təsir göstərir.

- orqanizmin müdafiə mexanizmini gücləndirir.

- soyuqdəymə və qrip kimi xəstəliklərə qarşı mübarizə aparmağa kömək edir.

İstifadədə diqqət edilməli nüanslar

Özkılıç, bitki çaylarının həddindən artıq və nəzarətsiz istifadəsinin yan təsirlərə səbəb ola biləcəyini qeyd edib:

- kəklikotu yüksək təzyiqdən əziyyət çəkənlər üçün diqqətlə istifadə edilməlidir.

- zəncəfil bədəni qızdırır və şərq ölkələrində bu xüsusiyyəti ilə məşhurdur.

- adaçayı sakitləşdirici təsir göstərir və yuxu gətirə bilər.

Mütəxəssislə məsləhətləşin

Bitki çaylarının faydalı təsirlərindən düzgün şəkildə yararlanmaq üçün onları istehlak etmədən əvvəl mütəxəssislə məsləhətləşmək tövsiyə olunur.

Özkılıç əlavə edib ki, Avropada bu bitkilər adi çay kimi müntəzəm istehlak olunur və xəstəliklər gəlməmişdən əvvəl profilaktik təsir göstərir.

Bizi yatağa salmadan sağaldan bu təbii qidaları düzgün şəkildə və vaxtında istifadə etməklə sağlamlığımızı gücləndirə bilərik.

Tərcümə: Könül Oruc

E-saglam.az