
Semizotu xərçəngə qarşı qoruyucu təsiri və immunitet gücləndirici xüsusiyyətləri ilə tanınan təbii şəfa mənbəyidir.

E-saglam.az xəbər verir ki, araşdırmalar göstərir ki, tərkibindəki antioksidantlar və flavonoidlər hüceyrələri oksidləşdirici stressdən qoruyaraq, xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır.
Bundan əlavə, semizotu immunitet sistemini gücləndirərək orqanizmi infeksiyalara qarşı daha davamlı edir. Prof. Dr. Aysun Bəy bu bitkinin müntəzəm istifadəsinin xüsusilə zəif immuniteti olan insanlara faydalı ola biləcəyini vurğulayır.
Biotexnologiya sahəsində də böyük potensiala malik olan semizotu, gen terapiyasında istifadə edilə biləcək təbii komponentlər ehtiva edir. Bu xüsusiyyətlər onu həm sağlamlıq, həm də elmi araşdırmalar üçün dəyərli bitkiyə çevirir.
Gündəlik qidalanmada salatlara, şorbalara əlavə edilə, çay kimi dəmlənə və kosmetik məqsədlərlə istifadə oluna bilər. Lakin xroniki xəstəlikləri olan şəxslər bu bitkidən istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.
Xərçəngə qarşı təsiri elmi araşdırmalarla sübut olunan semizotu, sağlam həyatın əvəzolunmaz qida mənbəyi kimi diqqət çəkir.
Tərcümə: Könül Oruc