Yandex watch
Xərçənglə mübarizə aparan

Zərdəçal çayı sağlamlığınıza möcüzəvi faydalar təqdim edən bir içkidir. İmmunitet sistemini gücləndirən, oynaq ağrılarını azaldan və maddələr mübadiləsini sürətləndirən bu təbii içki xüsusilə qış aylarında əvəzolunmaz sayılır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, zərdəçalın tərkibindəki curcumin maddəsi xərçəng hüceyrələrinin inkişafını ləngitmək qabiliyyəti ilə tanınır.

Çayı hazırlamaq üçün iki stəkan suya iki çay qaşığı üyüdülmüş zərdəçal və bir çay qaşığı təzə zəncəfil əlavə olunur, qarışıq 10 dəqiqə dəmlənir. İstəyə görə bal və limonla dadlandırmaq mümkündür. Zərdəçal çayı iltihab əleyhinə xüsusiyyəti ilə həm əzələ, həm də oynaq ağrılarına qarşı effektivdir.

Soyuqdəymə və boğaz ağrısı zamanı da müalicəvi təsir göstərir. Həzm sistemini tənzimləməyə, qaraciyərin detoks prosesini dəstəkləməyə kömək edir. Zərdəçal həmçinin qan dövranını yaxşılaşdırır və ürək xəstəliklərinin qarşısını almaqda faydalıdır.

Stressi azaldır, yaddaşı və diqqət qabiliyyətini gücləndirir. Gündə bir stəkan, xüsusilə səhər saatlarında içilməsi tövsiyə olunur. Lakin öd kisəsi və mədə problemi olan şəxslər bu çayı həkim məsləhəti ilə qəbul etməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az