Piylər xərçəng hüceyrələri üçün "ideal qida" adlanır.
E-saglam.az-ın məlumatına görə, onkoloq Pərvanə Rüstəmova deyir ki, xərçəng hüceyrələri orqanizmə daxil olan piyləri daha tez böyümək və inkişaf etmək üçün istifadə edirlər.
Digər tərəfdən çoxlu miqdarda piyləri qəbul edən xərçəng hüceyrələri xərçəng əleyhinə dərmanlara qarşı daha davamlı olur və onları məhv etmək çətinləşir. İnsan nə qədər çox yağlı yeməkləri yeyir və çəkisini artırırsa bədxassəli hüceyrələrin də orqanizm boyu yayılması prosesi sürətlənir.
Beləliklə, yağlı qidalarla zəngin olan qidalanma xərçəngin risk faktoru sayıla bilər.