Yandex watch
Xərçəngin bir nömrəli düşmənidir:

Qırmızı çuğundur aşağı kalorili, lakin yüksək qida dəyəri ilə sağlamlıq üçün mühüm qidadır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, vitaminlər, minerallar və antioksidantlarla zəngin olduğu üçün qan təzyiqini tarazlaşdırır, bağırsaq sağlamlığını dəstəkləyir və beyin funksiyalarını gücləndirir.

Qan təzyiqini tənzimləyir

Tərkibindəki nitritlər qan damarlarını genişləndirərək qan dövranını yaxşılaşdırır. Bu təsiri sayəsində yüksək təzyiqi olan insanlara faydalı ola bilər.

İdman performansını artırır

İdmandan əvvəl çuğundur və ya çuğundur suyu içmək əzələlərin oksigen istifadəsini artıraraq dözümlülüyü yüksəldir.

İltihabı azaldır

Xroniki iltihab bir çox xəstəliyin səbəbidir. Çuğundurun güclü antioksidantları orqanizmi iltihabdan qoruyaraq ürək-damar və oynaq xəstəliklərinin riskini azaldır.

Bağırsaq sağlamlığı üçün faydaları

Liflə zəngin olduğu üçün həzmi asanlaşdırır. Fermentləşdirilmiş çuğundur isə bağırsaq florasını gücləndirir.

Beyinə qan axınını yaxşılaşdırır

Nitritlər beyinə oksigen axınını artıraraq yaddaşı və koqnitiv funksiyaları dəstəkləyir. Alzheimer və demans riskini azaltmağa kömək edir.

Xərçəngə qarşı müdafiə

Tərkibindəki güclü antioksidantlar hüceyrələri qoruyaraq xərçəng riskini azalda bilər. Hüceyrə zədələnməsinin qarşısını almaqda mühüm rol oynayır.

Necə istehlak edilməlidir?

Çiy, bişmiş, qaynadılmış və ya turşu halında yeyilə bilər. Ən yaxşı üsullardan biri onu 200 dərəcə sobada 15 dəqiqə bişirməkdir. Çuğundur suyu isə qan təzyiqini tarazlaşdırmaq və immuniteti gücləndirmək üçün faydalıdır.

Balanslı və sağlam qidalanmaq istəyənlər üçün qırmızı çuğundur əvəzsiz seçimdir. Daimi istehlakı bir çox xəstəliklərə qarşı qoruyucu təsir göstərə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az