Xaşın "sümükləri bərkitməsi" kimi hipotezləri çoxumuz eşitmişik.
Bu sözləri E-saglam.az-a həkim-terapevt Nazilə Babayeva deyib. O bildirib ki, Xaşın tərkibində kollagen zülalı var:
"O, orqanizmdə birləşdirici toxumamızın əsas struktur zülalıdır. Zaman keçdikcə insan orqanizmində toxumaların elastikliyi azalır, sümüklər kövrəkləşir, qığırdaqlar dağılır, dəri elastikliyini itirərək qırışır. Kollagen bu prosesləri ləngidən maddədir. Kollagen xaşın jeleyəbənzər hissəsidir.
Ancaq bu zülal bağırsaqda xüsusi fermentin iştirakı ilə amin turşularına qədər parçalanır. Yəni xaşın əvəzinə biz ət də yemiş olsaq həmin amin turşularla təmin olunacağıq. Xaşın zərərli hissəsi tərkibində çoxlu doymuş yağ turşuları olan yağlı hissəsidir. Bu da ürək damar xəstəlikləri, aterosklerozu (damar kirəci) olan xəstələrə ziyandır".
Könül Oruc