Yandex watch
Vitamin şarjı: Enerji verir, immuniteti gücləndirir,

Enerji toplamaq və immuniteti gücləndirmək üçün dondurulmuş giləmeyvələrdən istifadə edərək isinmə içkiləri hazırlamaq əla seçimdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bitki çayları və təbii komponentlərlə zəngin bu içkilər bədəni istiləşdirir, həzmi yaxşılaşdırır və psixoloji rifahı dəstəkləyir.

1. Göyərti və zəncəfilli bitki çayı

Dondurulmuş yaban mersini, zəncəfil, bal, yaşıl çay və darçın çubuğu qaynar suya əlavə edilir. İsti saxlanaraq dəmlənir və süzülərək içilir.

2. Qərənfil və kardamonlu zoğal içkisi

Zoğallar qaynadılmış suya əlavə edilir, mixək, kardamon və darçınla birgə dəmlənir. Bal əlavə edilərək süzülüb içilir.

3. Vanil və darçınlı alma-böyürtkən kompotu

Dilimlənmiş alma və dondurulmuş böyürtkənə qaynar suya əlavə edilir. Darçın və vanil ekstraktı ilə birlikdə dəmlənir, bal əlavə olunaraq süzülür və isti içilir.

Bu içkilər orqanizmi vitaminlərlə təmin edir, stressi azaldır və bədənin müqavimətini artırır.

Tərcümə: Könül Oruc

E-saglam.az