Faydalı
Varikoz damarlarınız varsa,
Faydalı

Varikoz damarlarınız varsa, 3 içkidən qaçının

E-saglam.az xəbər verir ki, qan damarlarına zərərli içkilər arasında birinci yeri şəkəri olan içkilər tutur. Piter Finiqanın sözlərinə görə, şəkərli içkilər qan dövranına mənfi təsir göstərir, bədəndə mayenin tutulmasını təşviq edir və damarların həcmini artırır. Şəkər suyu özünə çəkir, damarları daha qabarıq və həssas edir.

Alkoqol damarların sağlamlığı üçün az təhlükəli hesab edilmir, çünki o, ürək-damar sisteminə yükü artırır, nəbz sürətini artırır və oksigen daşımaq üçün lazım olan qırmızı qan hüceyrələrinin konsentrasiyasını azaldır. Bütün bunlar damarlara, xüsusən də ayaqlara təzyiqi artırır.

Mütəxəssisləri narahat edən üçüncü içki qəhvədir. Görünən zərərsizliyinə baxmayaraq, qəhvə qan damarlarını daralda bilər ki, bu da zamanla xroniki qan dövranı problemlərinə və şişməyə səbəb olur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun