Tibbi xəbərlər
Vaksinasiya nə vaxt məcburi olacaq? - ÜST
Tibbi xəbərlər
449

Vaksinasiya nə vaxt məcburi olacaq? - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional ofisi hökumətləri regionda artan COVID-19-a yoluxma və ölüm hallarına qarşı təcili tədbirlər görməyə çağırıb.

E-saglam.az xəbər verir ki, ofisin yaydığı məlumatda bildirilir ki, Avropa Birliyi ölkələrində insanların 66,4%-i virusa qarşı tam peyvənd olunsa da, bir çox dövlətlər daha çox insanı COVID-19-a qarşı vaksinasiyaya təşviq etmək məqsədilə peyvənd olunmamış insanlara qarşı yeni tədbirlər tətbiq edib

Məsələn, İtaliyada kinoteatrlara və qapalı məkanlarda yerləşən iaşə obyektlərinə daxil olmaq üçün peyvənd və ya xəstəliyə qarşı immunitetin olduğuna dair pasportlar tələb olunur, Almaniyada isə peyvənd olunmamış vətəndaşlara ictimai həyatın bir çox sahələrində qadağalar qoyulur.

Avstriya isə ümumiyyətlə fevralın 1-dən peyvəndləri məcbur edəcək.

Lakin ÜST-ün Avropa üzrə regional direktoru Hans Kluge bildirib ki, məcburi vaksinasiyə ən son tədbir olmalıdır və ölkələr əvvəlcə ictimaiyyətlə ünsiyyət qurmalıdır

"Məcburi peyvəndləmə ən son tədbirdir və yalnız vaksinasiyanın əhatəsinin genişləndirmək üçü bütün digər mümkün variantlar tükəndikdə tətbiq edilməlidir", - deyə Kluge bildirib. (medicina.az) 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun