Tibbi xəbərlər
Vaksin vurdurmayan müəllimlər barədə SƏRT QƏRAR verildi
Tibbi xəbərlər
238

Vaksin vurdurmayan müəllimlər barədə SƏRT QƏRAR verildi

Sentyabrın 22-də 2021-2022-ci tədris ilinə start veriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yoluxma sayının azaldılması, epidemioloji vəziyyətə nəzarətin gücləndirilməsi məqsədilə vaksinasiya prosesinin sürətləndirilməsinə başlanılıb.

Təhsil naziri Emin Əmrullayev “Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər peyvənd olunacaqlar” açıqlamasını versə də, konkret olaraq, vaksinasiyadan keçməyən müəllimlərlə bağlı hansı qərar veriləcəyini bildirməyib.

Bakıdakı müxtəlif məktəblərdən Modern.az-a daxil olan məlumata görə, direktorlar müəllimlərlərlə birgə yeni tədris ilinə dair məsələləri müzakirə ediblər. COVID-19 vaksini vurdurmayan müəllimlərə sonuncu xəbərdarlıq edilib. Tədris ili başlayan günədək 1 doza vaksin vurdurmayan müəllimlərə dərs saatı və maaş verilməyəcəyi bildirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib. O, bildirib ki, pandemiya şəraitində vaksin vurdurmayan şəxsin məktəbdə dərs deməsi, hər kəs üçün təhlükəli və yolverilməzdir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun