Vakansiya
Vakansiya: Tibb bacısı tələb olunur
Vakansiya

Vakansiya: Tibb bacısı tələb olunur

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA)-dan İş Elanı: Tibb bacısı tələb olunur.

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir.

Vəzifə öhdəlikləri:

– Ekspertiza işlərinin normal gedişinə şərait yaradılmasını təmin etmək;
– Tibb qeydiyyatçısının işinə nəzarət, həkim-ekspertlərin tapşırıq və təyinatlarının qeydiyyatını aparmaq;
– Xəstələrin vəziyyətini nəzərə alaraq müayinə növbəsini təşkil etmək, ehtiyac olduqda xəstələrə ilkin tibbi yardım göstərmək;
– Komissiyanın arxivinin düzgün saxlanılmasını təmin etmək;
– Tibbi-sosial ekspert komissiyasının hesabatının tərtibində iştirak etmək, göstəriş və tapşırıqları yerinə yetirmək;
– Tibbi-sosial ekspert komissiyasına daxil olan təlimatların və elmi ədəbiyyatın saxlanılmasını təmin etmək;
– Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi.

Tələb olunan bilik və bacarıqlar:

– İş təcrübəsi: 1 il
– Təhsil: “Feldşer” və ya “Tibb bacısı” ixtisası üzrə orta tibb təhsili
– Yaş həddi: 23-45 yaş
– MS Office komputer proqramından sərbəst istifadə etmək bacarığı.

İş rejimi:
– İş qrafiki : Həftə içi 5 gün;
– İş saatları: 09:00-18:00;
– İş yeri: Bakı şəhəri
– İllik performans göstəricilərinə uyğun mükafat sistemi;
– Kollektiv mükafat.

Əmək haqqı:
– Aylıq məvacib 800-1000 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Tibb bacısı” qeyd etməklə [email protected] epoçt ünvanına əlavə edib göndərmələri xahiş olunur
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun