Vakansiya
VAKANSİYA: Tibb bacısı tələb olunur,
Vakansiya

VAKANSİYA: Tibb bacısı tələb olunur, Maaş 500 AZN +

Zəfəran Hospitaldan iş elanı: Tibb bacısı tələb olunur.

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir.

Vəzifə öhdəlikləri:
– Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək;
– Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək;
– Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək;
– Həkim təyinatının yerinə yetirilməsini təmin etmək;
– Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək;
– Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması;
– İnyeksiyaların vurulması;
– Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət.

Tələb olunan bilik və bacarıqlar:
– Yaş: 22-45 yaş;
– Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsili mütləqdir;
– Təcrübə: Stasionar şöbədə minimum 2 il iş təcrübəsi mütləqdir;
– Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir;
– İşində məsuliyyətli olmalıdır.

İş rejimi:
– İş qrafiki: Növbəli iş rejimi
– İş yeri: Zəfəran Hospital Terapiya şöbəsi

Əmək haqqı:
– Aylıq məvacib 400-500 manat təşkil edir (müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Bu vakansiya ilə maraqlanan namizədlər öz CV-rezümelərini mövzu hissəsində “Tibb Bacısı” qeyd etməklə [email protected] e-poçt ünvanına ya da (055) 455-58-71 whatsapp nömrəsinə əlavə edib göndərmələri xahiş olunur. 
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına göndərilən müraciətlərə baxılacaq – zəng üzərindən sorğular qəbul olunmur.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun