Vakansiya
VAKANSİYA: "AzəriMed" SMM axtarır -
Vakansiya

VAKANSİYA: "AzəriMed" SMM axtarır - Maaş 800 AZN

AzəriMed QSC Sosial Media Meneceri vakansiyası üzrə işə qəbul elan edir.

E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir.

Vəzifə öhdəlikləri:
– Şirkətə aid müvafiq brendlərin təhvil alınması və Sosial Media hesablarının idarə olunması (Facebook, Facebook Business Manager, Instagram, Google Ads. YouTube Studio);
– Reklamların idarə olunması, büdcənin hesablanması və aylıq təyinatı;
– Həftəlik/aylıq kontent planının hazırlanması;
– Dizayner, Videoqraf, Fotoqraf və Motion dizayner üçün müvafiq brieflərin yazılması;
– Fotoqraf və videoqrafa çəkiliş barədə olan ideyaların çatdırılması və çəkilişlərin idarə olunması;
– Marketinq kommunikasiyası üzrə müvafiq kanalllardan istifadə olunaraq kommunikasiyanın təşkili;
– Qoyulan marketinq hədəflərinə çatmaq üçün komanda ilə brainstorminqlərdə fəal iştirak;
– Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra olunması.

Namizədlərə tələblər:
– Ali təhsil;
– Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
– Azərbaycan və rus dili biliyi mütləq, ingilis dili biliyi arzuolunandır;
– Google Ads ilə işləmə və düzgün copywriting bacarığı üstünlükdür;
– Sosial media hesabları üzrə metodları və digər platformaları bilməli;
– Rəqəmsal və ənənəvi marketinq üzrə biliklər;
– Yenilikləri və trendləri izləməli;
– Komandada işləmək qabiliyyəti;
– Kreativ və innovativ düşüncəli olmalı.

İş rejimi:
– İş qrafiki: Tam iş günü
– İş yeri: Nərimanov rayonu, Əhməd Rəcəbli 42 A küçəsi.

Əmək haqqı:
– Aylıq məvacib 600-800 manat təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq)
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat

Müraciət üçün:
– Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Sosial Media Meneceri” qeyd edərək [email protected] e-poçt ünvanına ya da (055) 455-58-70 Whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
– DİQQƏT: yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq, zəng üzərindən müraciətlər qəbul olunmur. 

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun