Psixologiya
Uzun-uzadı tıxaclar insan psixologiyasını
Psixologiya

Uzun-uzadı tıxaclar insan psixologiyasını sarsıdırmış...

Son zamanlar Bakı şəhərini tıxacsız təsəvvür etmək mümkün deyil.

Demək olar ki, günün istənilən vaxtında paytaxt Bakıda nəqliyyat sıxlığı müşahidə edilir.

Mütəxəssislər hesab edir ki, uzun müddət müşahidə olunan tıxac insanlarda psixoloji sarsıntı yaradır.

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, tıxaclar əsəbini idarə edə bilməyən insanlar üçün də böyük riskdir. Şahid olduğumuz qəzaların əksəriyyətinin səbəbi də əsəbin idarə edilməməsi ilə əlaqədardır: 

“Əsəbini idarə edə bilməyən şəxslər öncə onlarda daha çox əsəbilik yaradan faktorları bilməlidirlər ki, bunlara qarşı tədbirli olmağı bacarsınlar. Məsələn, əgər tıxacda qalmaq onlarda gərginlik yaradırsa, yolu dəyişdirmək, yola çıxmaq üçün düzgün saatı seçmək, uyğun vasitəni seçmək və bu kimi digər hallara diqqət etməlidir. Son zamanlarda insanlarda olan səbirsizlik, kəmhövsələlilik gündəlik həyatımızın bir parçası olan tıxaclarda da özünü göstərir”.

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun