Tibbi xəbərlər
ÜST koronavirusun "omikron" ştamı ilə bağlı çağırış edib
Tibbi xəbərlər
415

ÜST koronavirusun "omikron" ştamı ilə bağlı çağırış edib

Koronavirusun yeni "omikron" ştamı ilə bağlı təşvişə düşməyə ehtiyac yoxdur.

E-saglam.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç bildirib.

"Bu ştama qarşı hər hansı peyvəndin effektiv olmayacağı barədə danışmaq çox tezdir. Hazırda mütəxəssislərimiz "omikron"un nə qədər təsirli olub-olmadığını araşdırır. Bu səbəbdən onun peyvənddən yan keçəcəyini söyləmək düzgün deyil", - ÜST rəsmisi qeyd edib.

Vujnovic əlavə edib ki, Afrikada kifayət qədər peyvənd olmadığına görə riskli vəziyyətlər yarana bilər.

Bundan əvvəl ÜST yeni ştamla bağlı fövqəladə iclasdan sonra koronavirusun Afrikada aşkar edilmiş variantından narahatlıq ifadə edib. İsveçrə tibb orqanlarına görə, hazırkı peyvəndlər yeni varianta qarşı daha az təsirli ola bilər./report/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun