Xəstəliklər
ÜST koronavirusun daha təhlükəli ştamının yaranacağı barədə xəbərdarlıq edib
Xəstəliklər
184

ÜST koronavirusun daha təhlükəli ştamının yaranacağı barədə xəbərdarlıq edib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus COVID-19-un daha təhlükəli ştamının yarana biləcəyi barədə xəbərdarlıq edib.

Bu barədə E-saglam.az xarici mətbuata istinadən xəbər verir.

ÜST rəhbəri qeyd edib ki, koronavirusun daha təhlükəli ştamı yaranması mümkündür. Qebreyesus koronavirusun daha yoluxucu, daha təhlükəli variantının ortaya çıxması üçün ideal şəraitin olduğunu vurğulayıb.

O bildirib ki, bəzi ölkələrdə peyvəndin geniş yayılması və koronavirusun "omikron" ştamının xəstəliyin ümumiyyətlə daha az ağır gedişinə səbəb olması “pandemiyanın bitdiyi barədə təhlükəli rəvayətə” səbəb olub. Bununla belə, ÜST-ün baş direktoru xatırladıb ki, dünyada hər həftə təxminən 70 min insan COVID-19-dan ölür, səhiyyə sistemləri həddən artıq yüklənir və virusun təkamülünün monitorinqi kifayət qədər aparılmır.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib./“Report”

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun