Tibbi xəbərlər
ÜST Ədliyyə Nazirliyinə 300 min maska verdi
Tibbi xəbərlər
126

ÜST Ədliyyə Nazirliyinə 300 min maska verdi

COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyi 300 min tibbi maskanı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təhvil verib.

Bu barədə E-saglam.az-a nümayəndəlikdən məlumat verilib.

Bildirilib ki, bu yardım Almaniya hökumətinin ÜST vasitəsilə COVID-19 pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir.

Qeyd olunub ki, sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti generalı Dr Rəfail Mehdiyev iştirak edib və təhvil-təslim aktını imzalayıblar.

Qeyd edək ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün qeyri-hökumət təşkilatları da daxil olmaqla, yerli tərəfdaşlar arasında paylanacaq

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun