Tibbi xəbərlər
ÜST: COVID-19 sonuncu pandemiya olmayacaq
Tibbi xəbərlər
250

ÜST: COVID-19 sonuncu pandemiya olmayacaq

"COVID-19 sonuncu pandemiya olmayacaq, yeni xəstəliyin ehtimalı və itkilərin miqyası insanların hazırkı pandemiyanın dərslərini necə öyrənməsindən asılıdır".

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"COVID-19-un sonuncu pandemiya olmayacağına tamamilə əminik. Amma bunun baş vermə ehtimalı və hansı itkilərə səbəb ola biləcəyi bizdən asılıdır. Biz bu pandemiyanın dərslərini öyrənməliyik", - o deyib.

Qebreyesusun sözlərinə görə, yerli vaksin istehsalının artırılmasına ehtiyac var.

"Bundan əlavə, xəstəliklərin erkən mərhələdə aşkar edilməsi və qarşısının alınması üçün ictimai səhiyyəyə, xüsusən də ilkin səhiyyə xidmətinə sərmayə qoyuluşuna ehtiyac var", - ÜST rəhbəri qeyd edib. / "Report"

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun