E-saglam.az xəbər verir ki, terapevt Loqan Kohen uşaqlıq travması yaşadığınızı göstərən əlamətləri açıqlayıb.
1. Özünü müdafiədə çətinlik
Kohen qeyd edir ki, uşaqlıqda baxımsız qalan insanlar yetkinlik dövründə öz hüquqlarını müdafiə etməkdə çətinlik çəkə bilərlər. Ehtiyaclarını ifadə etməyə çalışarkən rədd edilən uşaqlar zamanla susmağı öyrənirlər.
2. "Necəsən?" sualı verilən zaman özünü qəribə hiss etmək
Uşaqlıqda travmalar yaşayan insanlar hisslərini ifadə etməkdə çətinlik çəkirlər və bu kimi suallardan narahat ola bilərlər. Çünki onların duyğuları uşaqlıqda göz ardı olunub.
3. Yetərsizlik sindromu
Uşaqlıq travmasının qurbanları da aşağılıq kompleksi və ya imposter sindromu yaşaya bilərlər. Bu insanlar özlərini qeyri-kafi hiss edər və ətrafındakı hər kəsin daha istedadlı olduğunu düşünərlər.
4. Hisslərinizi ifadə etməkdə çətinlik
Uşaqlıqda travma yaşamış insanlar hisslərini müəyyənləşdirmək və bölüşməkdə çətinlik çəkirlər.
5. Tənhalıq hissi
Uşaqlıqda travma yaşamış insanlar sosial mühitlərdə ünsiyyət qurmaqda çətinlik çəkə bilər. Bu, onların rədd edilmə qorxusu ilə birlikdə təcrid olunmağa üstünlük verməsinə səbəb ola bilər.
Həll: xəbərdarlıq və terapiya
Mütəxəssislər vurğulayırlar ki, uşaqlıq travmalarının təsirləri terapiya ilə azaldıla bilər. Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, hər yeddi uşaqdan biri baxımsızlıq və ya zorakılığa məruz qalır. Həkimlərin fikrincə, travmaları tanımaq bu dövrü qırmaq üçün ilk addım ola bilər.
Tərcümə: Könül Oruc