Uşaqların ölüm barədə sualları: Necə izah etməli?
Uşaqların ölüm barədə sualları: Necə izah etməli?

Bəzən azyaşlı uşaqlar valideynlərinə ölüm barəsində suallar verirlər. Bəs görəsən, azyaşlılarla ölüm haqda danışmaq doğrudur? Valideynlər bu tip stiuasiyalarda nə etməlidirlər? 

E-saglam.az xəbər verir ki, məsələ ilə bağlı danışan yazıçı, psixoloq İlqar Kamil "Sherg.az"a bildirib ki, ölüm həqiqəti haqqında psixoloji söhbətlər aparmaq yaş aralığına görə dəyişir:

"Belə ki, insanda konkret və mücərrəd düşüncə növü mövcuddur. Məsələn, ölüm mücərrəd bir həqiqətdir. Bu haqda 6-12 yaş arası uşaqların inancına uyğun olaraq daha geniş danışmaq olar. Əslində həmin yaş aralığında bu tip suallara daha çox rast gəlinir. Bu kimi stiuasiyalarla qarşılaşdıqda narahat olmağa ehtiyac yoxdur.

Uşaqların 5 yaşından başlayaraq, ölüm barədə sual verməsi normaldır. Hər valideyn övladını daha yaxşı tanıyır. Onun dilinə və dünya görüşünə uyğun formada danışıqlar apara bilər. Bunu əsasən təbiət hadisələriylə izah etmək daha məqsədəuyğundur. Onların bunu tam başa düşmələri mümkün olmasa da ən azından suallarına cavab tapmış olacaqlar. Valideynlər dinə bağlıdılarsa, inanca uyğun olaraq həqiqətləri demək olar. Ancaq Cəlalə xanımın dediyi kimi uşaq ağlayaraq sual verirsə, ölüm,yaxınlarını itirmək qorxusu yaşayırsa, mütəxəsis dəstəyi daha məsləhətlidir".

E-saglam.az