Anadangəlmə ürək qüsurları üçün ən ciddi risk faktoru qohum evlilikləridir.
E-saglam.az xəbər verir ki, bunu aritmoloq, invaziv kardioloq Fərid Əliyev Səhiyyə Nazirliyinin "Instagram" hesabında "Ümumdünya Ürək Günü" mövsuzunda təşkil olunan canlı yayımda çıxışı zamanı deyib.
O bildirib ki, ürək xəstəliyi riski hamiləliyin 5-6-cı həftəsində ana bətnində ürəyin formalaşdığı andan başlayır: "Əgər uşağımızın ürək qüsurlu olmasını istəmiriksə, qohum evliliyindən uzaq olmalıyıq. Bu, sadəcə ürək xəstəlikləri üçün deyil, digər xəstəliklər üçün də keçərlidir"./trend.az