Xəstəliklər
Uşaqlarda immun sistemini zəiflədən AMİLLƏR nələrdir?
Xəstəliklər
493

Uşaqlarda immun sistemini zəiflədən AMİLLƏR nələrdir?

Bir sıra amillər var ki, uşaqlarda immun sisteminin zəifləməsinə gətirib çıxarır.

E-saglam.az həmin amilləri təqdim edir: 

- Ana südünün verilməməsi və ya qısa müddətdə verilməsi

Məlumdur ki, ana südündə yüksək miqdarda immun cisimciklər, İgA, İgM və s. mövcuddur. Ana südü ilə qidalanma bütün bu qoruyucuların süd vasitəsilə körpəyə keçib onu qorumağa səbəb olur. Həm də optimal temperaturda olduğundan zülal maddələr parçalanmadan orqanizmə daxil olur, asan sorulur, asan həzm olunur.

- Əlavə qidalanmaya tez və ya gec başlama:

Uşaq orqanizminə daxil olan qidaların – yağ, zülal və karbohidratların düzgün nisbətdə olması uşağın bədəninin düzgün qurulmasına səbəb olur.

Ananın qidalanması, xəstəlikləri və zərərli vərdişləri:

Siqaret çəkmək, alkoqol qəbulu uşağın həm sinir sisteminin formalaşmasına, həm də tənəffüs sisteminə, xüsusilə allergik xəstəliklərə səbəb olur.

Uşağın dərisinə qulluğun yetərli olmaması:

İlk günlərdə uşağın dərisində bişməcələr tez-tez rast gəlinir ki, buna da səbəb uşağın bezinin gec dəyişdirilməsidir, yumaq deyil, silinməsi, çox isti bükülməsidir.

Nisbətən böyük uşaqlarda düzgün qidalanmama və ağız baxımının düzgün olmaması:

Həddindən çox qəbul olunan şirniyyat diş çürüməsinə səbəb olur. Çürük dişlər isə infeksiya mənbəyi olduğundan boğaz, mədə-bağırsaq, ürək-damar və sidik yolu infeksiyalarına yol açaraq immun sistemi
zəiflədir.

Qidaların rejimsiz qəbulu, məktəb yaşlı uşaqların həddindən çox yüklənməsi, yorulması yuxu rejiminin düzgün olmaması da immuniteti zəiflədir.

Ailənin böyük olması, erkən yaşda kollektivə – bağçaya getmək, ailədaxili münaqişələr, uzunmüddətli stresslər də immunitetin zəifləməsinə səbəb olur.

-Xəstəliklər zamanı lazımsız və ya yetərsiz dərman qəbulu:

İnsan xəstələndiyi zaman müdafiə reaksiyası olaraq, bədən temperaturu yüksəlir. 1 yaşa qədər uşaqlarda 38C, 1 yaşdan yuxarı uşaqlarda 38,5 dərəcə temperatur müşahidə olunan zaman temperaturu salmağa çalışmaq lazım deyil. Çünki bir çox törədicilər yüksək temperaturda məhv olurlar.

- İrinli infeksiyalar zamanı antibiotik dozasının normadan az, təyin olunmuş müddətdən qısa verilməsi də infeksiyanın tam sağalmamasına, mikrob daşıyıcılığına və təkrari infeksiyalara səbəb olaraq immuniteti zəiflədir.

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun