Xəstəliklər
Uşaqlarda ayaq əyrilikləri zamanı müalicəyə ehtiyac varmı?
Xəstəliklər
593

Uşaqlarda ayaq əyrilikləri zamanı müalicəyə ehtiyac varmı?

Körpə ayaq üstə qaldırıldığı zaman hər iki dizlər və ayaqlar bir-birinə təmas etməlidir. Əgər uşaq ayaq üstə durduğu zaman dizlər və baldırlar arasında nəzərə çarpacaq dərəcədə məsafə görünərsə, buna O şəkilli ayaq əyriliyi (Genu varum) deyilir.

E-saglam.az-a danışan pediatr-endokinoloq Sevda Novruzova deyir ki, O şəkilli ayaq əyriliyi olan uşaqlara tez-tez rast gəlirik: "Artıq çəkili, tez gəzməyə başlayan uşaqlarda daha çox görünür. Çox hallarda O şəkilli ayaq əyriliyi uşaq böyüdükcə (adətən 2 - 3 yaşlarında) öz-özünə düzəlir. Əgər uşaq ayaq üstə durduğu zaman bir-birinə toxunan dizlər və aralı ayaqlar müşahidə edilərsə, buna X şəkilli ayaq əyriliyi (Genu valgum) deyilir. Bu formalı ayaq əyriliyi də 3-6 yaşlarda öz-özünə düzəlir. Qeyd etdiyimiz bu əyriliklər simmetrikdirsə, (hər 2 ayaqda eyni dərəcədə əyrilik varsa) heç bir müalicə ehtiyac yoxdur və zamanla düzələcək. Əgər əyrilik assimmetrikdirsə, əyriliklə yanaşı uşaqda başqa şikayətlər də olarsa, bu zaman başqa araşdırmalara da ehtiyac ola bilər".

Pediatr deyir ki, çox hallarda bu cür ayaq əyriliyi olan körpələrə raxit, kalsium çatışmazlığı adı altında çoxlu sayda dərmanlar təyin edilir: "Lakin əksər hallarda bu formalı ayaq əyrilikləri fiziolojidir və heç bir müalicəyə gərək yoxdur. Əgər uşaqda raxit, calsium çatışmazlığı kimi xəstəliklər düşünülərsə, bu zaman labarator analizlər olunmalı və analizlərin nəticələrinə görə dəyərləndirilmə aparılmalıdır. Nəzərə almaq lazımdır ki, körpəyə lazımsız yerə verilən yüksək dozada D vitamininin, calsium preparatlarının orqanizmə çoxlu sayda toksik təsirləri vardır".

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun