Xəstəliklər
Uşaqlarda allergik rinitin SƏBƏBLƏRİ
Xəstəliklər
335

Uşaqlarda allergik rinitin SƏBƏBLƏRİ

Əlamətlər əsasən 2 yaşdan etibarən müşahidə olunur. Lakin, allergik rinit əlamətləri olan uşaqlarda 2 yaşdan aşağı olsalar da tədqiq olunmalıdır.

E-saglam.az allergik rinitin əlamətlərini təqdim edir: 

- Tez-tez təkrarlanan sulu və bol burun axıntısı, burun tutulması, burun da qaşıntı və ya ard-arda 4-5 dəfə olan asqırmadır;

- Həmçinin qulaq axıntısı, yumşaq damaq və boğazda qaşıntı, dad və qoxu bilmə funksiyasının pozulması, tez-tez burun qanaması;

- Göz allergiyasının qaşınma, axıntı;

- Burun-udlaqda axıntı, nəticədə öskürək, qarın ağrısı və iştahsızlıq müşahidə edilir;

- Həmçinin qulaqda mayenin yığılması nəticəsində eşitmə azalması da müşahidə olunur;

- Allergik rinit uşaqlarda infeksiyaya meyl yaradır. Belə uşaqlarda sinusit çox rast gəlinir;

- Burun tutulmasına bağlı olaraq uşaqlar çox vaxt ağızlarını açıq saxlayırlar. Nəticə də boğaz infeksiyası çox rast gəlinir.

- Badamcıqların şişkinləşməsinə nəticədə yuxu pozğunluğuna, xorlamağa səbəb olur. Ağzı açıq olan uşaqlarda diş çürümədə çox rast gəlinir;

- Ümumi halsızlıq, yorğunluq olur. Yuxusuzluq nəticəsində uşaqların məktəb uğurları azalır;

- Allergik rinit olan uşaqlarda alt göz qapaqlarında tündləşmədə rast gəlinir;

- Allergik rinit olan uşaqların 5 faizində burundə poliplər müşahidə edilir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun