
Valideynlər arasında müzakirə mövzularından biri uşağın zəkasının kimdən alması ilə bağlıdır. Maraqlıdır, bu işin əsli necədir? Uşaq zəkanı atadan, yoxsa anadan alır?

Mövzu ilə bağlı E-saglam.az-a danışan həkim-pediatr Elşən Tağıyev bildirib ki, zəka ilə bağlı genləri uşaq həm ata, həm də anadan alır: "Bununla yanaşı, uşağın əqli inkişafında ətraf mühitin də rolu böyükdür".
Son illər aparılan araşdırmalar isə göstərir ki, zəka ilə bağlı olan genləri uşaq əsasən anadan alır: "Ona görə də, uşağın əqli inkişafında ananın genlərinin daha mühüm rolu vardır".
Könül Oruc