Valideynlərin çoxu uşaqlarını yatmazdan əvvəl südlə yatızdırır, lakin bu vərdiş düşündüyünüz qədər günahsız deyil.
E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, gecələr ağızda qalan süd diş sağlamlığı və ümumi sağlamlıq üçün ciddi risklər yarada bilər.
Diş çürüməsi riski
Südün tərkibindəki laktoza ağızdakı bakteriyalarla qarşılıqlı əlaqəyə girərək turşu əmələ gətirir. Bu turşular diş minasını zəiflədir və uşaqlarda "uşaq şüşəsi çürükləri" adlanan erkən diş çürüməsinə səbəb ola bilər.
Digər mənfi təsirlər
Obezitə (piylənmə) riski: Yatmazdan əvvəl süd qəbul etmək əlavə kalori gətirir, bu da zamanla çəki artımına səbəb ola bilər.
Həzm problemləri: Süd bəzi uşaqlarda mədə reflüsünü tətikləyərək diş eroziyasına səbəb ola bilər.
Yuxu keyfiyyətinə təsir: Gecə süd içən uşaqlar tez-tez sidiyə getmə ehtiyacı ilə yuxudan oyanır, bu da onların yuxu rejimini poza bilər.
Valideynlər üçün tövsiyələr
- Yatmadan ən az 1-2 saat əvvəl süd istehlakını məhdudlaşdırın.
- Uşağın dişlərini fırçaladıqdan sonra yalnız su içməsinə icazə verin.
- Dişlərin müntəzəm fırçalanmasını vərdiş halına gətirin.
- Hər 6 ayda bir uşağınızı diş həkiminə aparın.
Diş sağlamlığının qorunması
Uşaqların diş sağlamlığı onların ümumi sağlamlığı üçün çox vacibdir. Sağlam dişlər rahat qidalanma, özünə inamlı danışıq və uzunmüddətli diş problemlərindən qorunma üçün əsasdır. Diş sağlamlığını qorumaq üçün düzgün qidalanma və ağız gigiyenasına diqqət yetirmək vacibdir.
Uşaqlarınızı sağlam şəkildə yatızdırmaq üçün bu tövsiyələrə əməl edin və onların uzunmüddətli sağlamlığını qoruyun.
Tərcümə: Könül Oruc