Tibbi xəbərlər
Ürəyimiz ömür boyu neçə litr qan qovur? - Ürəklə bağlı sirli rəqəmlər
Tibbi xəbərlər
175

Ürəyimiz ömür boyu neçə litr qan qovur? - Ürəklə bağlı sirli rəqəmlər

Ürəyimiz dəqiqədə 60-100 arasında döyünür. Hər sıxılma zamanı bədənimizə təxminən 60-70 ml qan göndərir. Buna ürəyin "atış həcmi" deyilir.

E-saglam.az xəbər verir ki, Türkiyənin məşhur həkimi və yazarı professor Hüseyn Bozbaşın "Xolesterin həqiqəti" kitadında konkret xəstələrin hekayələri əsasında ürək-qan damarlarının işi, ürək xəstəlikləri barədə dəqiq və qeyr-adi məlumatlar toplanıb. Hazırda bu kitab Azərbaycan dilinə tərcümə edilir.

Həmin kitabdan ürəyin işi ilə bağlı riyazi hesablama və rəqəmləri təqdim edirik:

İstirahətdə olan bir insan üçün dəqiqədə 80 dəfə döyünən və hər atışda 70 ml qan qovan bir ürək üçün;

80x70 = 5600ml (5,6 litr), 1 dəqiqədə qovulan qan,

5,6x60 = 336 litr, 1 saatda qovulan qan,

336x24 = 8.064 litr, 1 gündə qovulan qan,

8.064 x30 = 241.920 litr, 1 ayda qovulan qan,

241.920 x 12 = 2.903.040 litr, 1 ildə qovulan qan,

2.903.040 x 78 = 226.437.120 litr, bir insanın -Türkiyədəki ortalama yaşama dövrü 78 ildir- ömrü boyunca qovulan qan.

Bir dəqiqədə qovulan qanı hesabladıq ve sonra 1 saat, 1 gün, 1 ay, 1 il ve bir ömür boyu ürəkdən vücudumuza gönderilən qan miqdarını tapdıq. Rəqəmlər necə böyüdü deyilmi?

Vücudun ehtiyaclarından asılı olaraq ürək dəqiqədə 5 ilə 35 litr arasında qan qova bilir.

Bütün bu rəqəmlər bizə ürəyimizin nə qədər möcüzəvi bir orqan olduğunu göstərməsi baxımından heyrətamizdir./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun