
Çiyələk mövsümü may-iyun aylarında başlayır. Baharın gəlişi ilə təzə meyvə axtaran istehlakçılar üçün sağlam seçim təqdim edir.

E-saglam.az bildirir ki, bol C vitamini, antioksidant və lif ehtiva edən çiyələk immuniteti gücləndirir. Aşağı kalorili olması onu pəhriz dostu edir.
İmmuniteti gücləndirir: Yüksək C vitamini tərkibi infeksiyalara qarşı müqaviməti artırır.
Antioksidant təsiri: Hüceyrə yaşlanmasını yavaşladır, xərçəngdən qoruya bilər.
Ürək sağlamlığını dəstəkləyir: Çiyələkdən müntəzəm istifadə ürək xəstəlikləri riskini azalda bilər. Tərkibindəki yüksək kalium və aşağı natrium ürək sağlamlığı üçün faydalıdır.
Həzm sisteminə kömək edir: Bol lif qəbizliyi azaldır.
Dəri sağlamlığına faydalıdır: Sızanaq və ləkələrin qarşısını ala bilər.
Tərcümə: Könül Oruc