Tibbi xəbərlər
Ürək xəstəliyinin ilk əlamətləri
Tibbi xəbərlər

Ürək xəstəliyinin ilk əlamətləri ayaqlarda görünə bilər

Çox vaxt insanlar sinə ağrısını yeganə xarakterik əlamət hesab edərək ilk əlamətləri qaçırırlar.

E-saglam.az xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının mütəxəssisləri ürək xəstəliyinin ayaqlarda görünən üç qeyri-adi əlamətinin adını çəkiblər .

Ayaq barmaqlarında əmələ gələn ağrılı topaqcıqlar bəzən ürəyin bakterial infeksiyaları nəticəsində yaranan Osler düyünləri ola bilər. Bu düyünlər təkcə ayaqlarda deyil, qollarda da müşahidə oluna bilər və yoluxucu endokardit kimi ciddi ürək xəstəliklərinin əlaməti sayılır. Bu halın baş verdiyi təqdirdə təcili tibbi yardım alınması vacibdir.

Ürək funksiyalarının zəifləməsi nəticəsində ayaqlarda şişkinlik meydana çıxa bilər. Bu simptom, xüsusilə günün sonuna yaxın daha da artaraq, ürəyin mayeni lazımi şəkildə dövr etdirmədiyini göstərə bilər.

Ayaq barmaqlarının mavi təhər rəng alması isə zəif qan dövranının göstəricisidir. Bu vəziyyət vaxtında müdaxilə edilmədikdə ciddi fəsadlara səbəb ola bilər.

 

Sadalanan əlamətlərlə yanaşı, xəstələrdə tez-tez sinə ağrısı, nəfəs darlığı, boyun, çiyin, çənə və qollarda narahatlıq, ümumi zəiflik və ürəkbulanma hissi də müşahidə olunur. Bu tip simptomların ciddi ürək-damar problemi ilə əlaqəli ola biləcəyini nəzərə alaraq, vaxtında həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun