Faydalı
Ürək üçün güclü dərmandır:
Faydalı

Ürək üçün güclü dərmandır: Tərkibində 11 dəfə çox beta-karotin, 2 dəfə çox C vitamini var

Bolqar bibəri, vitamin və antioksidantlarla zəngin olan bir tərəvəzdir və bədənin ümumi sağlamlığını gücləndirir. Xüsusilə, qırmızı bolqar bibəri, yaşıl bibərlə müqayisədə 11 dəfə daha çox beta-karotin və 2 dəfə daha çox C vitamini ehtiva edir.

E-saglam.az xəbər verir ki, bibər bu xüsusiyyətləri ilə həm immuniteti gücləndirir, həm də bədənin sərbəst radikallarla mübarizə aparmasına kömək edir. Bibərdəki likopen, sərbəst radikalların hüceyrələrə zərər verməsinin qarşısını alır və ürək-damar problemlərinin riskini azaldır.

Bolqar bibəri, həmçinin, göz sağlamlığını qorumağa kömək edən karotenoidlər (zeaksantin və lutein) ilə zəngindir. Bu maddələr gözün tor qişasında yığılaraq, ekranlardan yayılan mavi işığa qarşı qoruyur və katarakta kimi göz xəstəliklərinin qarşısını alır.

Saç və dəri üçün də faydalıdır, çünki biotinlə zəngindir. Bu maddə, saçların güclənməsinə və tökülməsinin azaldılmasına kömək edir. Eyni zamanda, A və C vitaminləri kollagen istehsalını artırır, dərini qoruyur, qırışları azaldır və piqmentasiyanı tənzimləyir.

Bolqar bibəri, həmçinin lif və dəmir baxımından zəngindir. Bu, bağırsaq sağlamlığını qorumağa və ürək-damar sisteminin funksiyalarını dəstəkləməyə kömək edir. Orta və ya yüksək səviyyədə istehlak edildikdə, bolqar bibəri ümumi immuniteti yaxşılaşdırır və xroniki xəstəliklərə qarşı qoruyur. Təbii detoks effektləri ilə bədənin təmizlənməsinə kömək edir, yığılmış toksinlərin atılmasına dəstək olur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun