Yandex watch
Tonzillit, faringit, diş əti iltihabına İbrahim Saraçoğlundan

Prof. Dr. İbrahim Saraçoğlu tonzillit, faringit və diş əti iltihabına qarşı adaçayı və əmənkömənci qarqarasını tövsiyə edir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu bitkilər təbii antibiotik xüsusiyyətləri ilə boğaz infeksiyalarına qarşı qoruma təmin edir.

Adaçayının təsiri

Adaçayının tərkibindəki maddələr bakteriyaların çoxalmasının qarşısını alır və öskürəyi azaldır. Xüsusilə uşaqlarda tez-tez rast gəlinən tonzillit üçün faydalıdır.

Qarqara necə hazırlanır?

1 stəkan su qaynadılıb, 1 çay qaşığı adaçayı əlavə edilir və 10 dəqiqə dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə qarqara edilir. Daha effektiv nəticə üçün xroniki faringit və tez-tez təkrarlanan tonzillit zamanı 3-4 əməköməci yarpağı əlavə etmək olar.

Düzgün istifadə qaydaları

Səhər yeməyindən sonra dişlərinizi fırçaladıqdan sonra və axşam yatmazdan əvvəl adaçayı çayı ilə qarqara etməlisiniz. Siqaret və turşulu içkilərdən uzaq durulmalı, ağız gigiyenasına diqqət yetirilməlidir.

Qeyd edək ki, bitki mənşəli müalicələrdən təsirli nəticə əldə etmək üçün istifadə olunan bitki düzgün növdə olmalı, uyğun şəraitdə qurudulmalı və saxlama müddəti bitməmiş olmalıdır. Yanlış növ və ya köhnəlmiş otlar istifadə edildikdə, müalicənin effektivliyi xeyli azalır.

Vacib xəbərdarlıq

Bu üsul dərmanları əvəz etmir, yalnız əlavə müalicə kimi tövsiyə olunur. Bitkilərə qarşı allergiyanız olub-olmadığını öyrənmək üçün həkimlə məsləhətləşməyiniz vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az