Tomat pastasının uzun müddət təzə qalması üçün üzərinə yağ tökmək artıq keçmişdə qaldı. Mütəxəssislər bildirirlər ki, bu üsul kiflənmənin qarşısını tam ala bilmir. Yeni və daha effektiv metodla isə tomat pastasını aylarla gigiyenik şəkildə saxlamaq mümkündür.
E-saglam.az xəbər verir ki, tomat pastasını soyuducu torbasına tökün və əllə sıxaraq torbanın içində nazik bir təbəqə halına salın. Sonra bıçağın hamar arxa tərəfi ilə üzərinə xətlər çəkin. Bu, pastanın dondurulduqdan sonra asanlıqla kiçik hissələrə bölünməsinə imkan verir.
Lazım olan qədər, israf olmadan
Bu üsul sayəsində hər dəfə bütün pastanı çıxarmağa ehtiyac qalmır. Sadəcə lazım olan miqdarı qoparıb istifadə etmək mümkündür. Nəticədə nə pastanın dadı dəyişir, nə də üzərində kif əmələ gəlir.
Yağa və bankalara ehtiyac yoxdur
Yeni saxlama üsulu həm yerə qənaət edir, həm də israfçılığı aradan qaldırır. Artıq bankalarda və ya yağla örtülmüş formada saxlamağa gərək yoxdur.
Sosial mediada trendə çevrilib
Bu üsul xüsusilə mətbəxdə rahatlıq axtaranlar arasında sürətlə yayılıb. İstifadə edənlər pastanın aylarla təzə və problemsiz qaldığını qeyd edir.
Tərcümə: Könül Oruc