Yandex watch
Tıxanmış burnu dərhal açır, sinusları rahatlaşdırır -

Burun tıxanıqlığı soyuqdəymə, allergiya və infeksiyalar səbəbindən yaranır və gündəlik həyatı çətinləşdirir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, kimyəvi burun spreyləri qısa müddətli rahatlıq versə də, uzunmüddətli istifadədə asılılıq yarada və burun mukozasına zərər verə bilər. Bunun əvəzinə, təbii üsullarla burun sağlamlığını qorumaq mümkündür.

1. Duzlu su ilə burun təmizlənməsi

Duzlu su bəlğəmi incələdərək burun yollarını açır, bakteriyaları təmizləyir və quruluğun qarşısını alır.
İstifadə qaydası:

  • 1 stəkan isti suya 1 çay qaşığı duz əlavə edin.
  • Qarışığı süzün və burun spreyi ilə tətbiq edin.
  • Gündə bir neçə dəfə istifadə edə bilərsiniz.

2. Efir yağları ilə təbii müalicə

Nanə, evkalipt və çay ağacı yağları tənəffüs yollarını açır və iltihabı azaldır.
İstifadə qaydası:

  • Qaynar suya bir neçə damcı efir yağı əlavə edin.
  • Başınızı dəsmalla örtüb buxarı dərindən nəfəs alın.
  • Diffuzorla istifadə də mümkündür.

Duzlu su və efir yağları burun tıxanıqlığını təbii yolla aradan qaldırır, burun mukozasını qoruyur və uzunmüddətli rahatlıq təmin edir. Kimyəvi spreylərdən uzaq duraraq sağlam nəfəs almağa üstünlük verin!

Tərcümə: Könül Oruc

E-saglam.az