Xəstəliklər
Tiroid xərçənginin artmasının səbəbləri və
Xəstəliklər

Tiroid xərçənginin artmasının səbəbləri və Çernobılın rolu

Çernobıl faciəsindən sonra qalxanabənzər vəzi xərçəngi hallarının artması yalnız radiasiyanın təsiri ilə izah edilə bilməz. Mütəxəssislər bu artımda genetik meyl, yod çatışmazlığı və ətraf mühit faktorlarının da mühüm rol oynadığını bildirirlər.

E-saglam.az xəbər verir ki, erkən diaqnoz və müntəzəm sağlamlıq müayinələri bu xərçəng növünə qarşı ən təsirli müdafiə üsulları sayılır.

Son illərdə bütün dünyada qalxanabənzər vəzi xərçəngi hallarının nəzərəçarpacaq dərəcədə artdığı müşahidə olunur. Bir çox mütəxəssislər bu artımı 1986-cı ildə Ukraynada baş verən Çernobıl nüvə fəlakəti ilə əlaqələndirsə də, məsələn, Türkiyədəki vəziyyəti yalnız bu hadisə ilə izah etmək mümkün deyil. Tibbi onkoloq Dr. Murat Alan bu məsələyə aydınlıq gətirib.

1986-cı il aprelin 26-da baş verən Çernobıl fəlakəti nəticəsində ətraf ərazilərə yayılmış radiasiya Belarus, Ukrayna və Rusiya da daxil olmaqla bir çox ölkədə qalxanabənzər vəzi xərçəngi hallarının artmasına səbəb olub. Dr. Alan bu artımın əsas səbəbinin radioaktiv yoda məruz qalmaq olduğunu bildirir. O qeyd edir ki, xüsusilə uşaqlar və yeniyetmələr bu prosesdən daha çox zərər görüb və illər keçdikcə bu yaş qrupunda tiroid xərçəngi hallarının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunub.

Risk faktorları nələrdir?

Qalxanabənzər vəzi xərçəngi yalnız radiasiya ilə əlaqəli deyil. Dr. Alan bu xəstəliyin inkişafında digər mühüm risk faktorlarını da vurğulayır. Genetik meyl, ailə tarixçəsində tiroid xərçəngi olması və yod çatışmazlığı bu faktorlardandır. Ailəsində bu xəstəlik olan insanların mütəmadi tibbi müayinələrdən keçməsi xüsusilə vacib hesab olunur.

Erkən diaqnoz və mütəmadi müayinələrin əhəmiyyəti

Tiroid xərçəngi erkən mərhələdə aşkarlandıqda uğurla müalicə edilə bilər. Dr. Alan bildirir ki, Çernobıl faciəsinin bu xəstəliyin yayılmasına təsiri danılmaz olsa da, artımın tək səbəbi bu deyil. İnsanların sağlamlıq müayinələrini axsatmaması, radiasiyadan qorunması və maarifləndirici tədbirlərə qatılması fərdi risklərin azaldılmasında əsas rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun